"Azərsu" rəsmisi Tarif Şurasının qərarı ilə bağlı: "Artım deməyək buna..."


"Dünyada su qitlığı ilə bağlı tendensiya var. Bizim respublikamız da sürətlə su qıtlığına yaxınlaşan bir ölkədir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin Tarif Şurasının qərarı ilə bağlı keçirdiyi brifinq zamanı, qurumun iqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib. O bildirib ki, burada söhbət həm fiziki, həm də iqtisadi su qıtlığından gedir:
“İqtisadi su qıtlığı odur ki, resurslar var, lakin maliyyə vəsaitləri yoxdur ki, o resurslar birbaşa istehlakçıya çatdırılsın. Su qıtlığı dünyanın hər bir yerində var. Tarif artımı, artım deməyək buna, indeksayası bu sahədə ən həlledici faktorlardan, metodlardan biridir”.
Qeyd edək ki, İndeksasiya - inflyasiya şəraitində pul tələblərinin və müxtəlif gəlirlərin real miqdarını saxlama xüsusiyyətinə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top