Tarif artımından sonra şirkətin nə qədər gəlir əldə edəcəyi AÇIQLANDI


“Tariflərin artımı əhali kateqoriyası üzrədir. İlkin proqnozlara görə, şirkətin ƏDV-siz gəlirləri 92.5 milyon artacaq. Əlbəttəki bazar iqtisadiyyatı qaydalarına görə qiymətlər qalxanda, bazarda məhsullara tələbat azalır. Qiymətləndirmələrə görə, istehlakçının 2-5 faiz azalması gözlənilir”.
Yeniavaz.com
 xəbər verir ki, bunu AZƏRSU ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.
2020-ci ildə AZƏRSU ASC-nin tariflırin artmasının əvvəlki dövründə  dövlət maliyyə yardımı həyata keçirildi. Bunun başlıca məqsədi şirkətin cari və təxirəsalımaz xərclırinin ödənilməsidir. Bura, əmək haqqları, məcburi dövlət vergiləri, sosial müdafiə fondu ödəmələri və bununla yanaşı mal-material tədarükü aiddir. Tarif artımından əldə olunan gəlir birbaşa istehlakçılara yönələcək və hərbir fərdi abonenti aldığı xidmətlərin keyfiyyətlərində bunu görəcək”.

 

DİGƏR XƏBƏRLƏR

Top