“Tariflərin artırılmasında başlıca məqsəd israfçılığın qarşısının alınmasıdır”


“Tariflərin artırılmasında başlıca məqsəd korporativ məqsədlərlə yanaşı istehlakçılar tərəfindən suyun israfçılığının qarşısının alınmasıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu AZƏRSU ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.
Onun sözlərinə görə, AZƏRSU ASC-nin əsas məqsədi istehlakçılara içməli su təchizatını həyata keçirməkdir:
“Bəzən biz görürük ki, içməli su digər məqsədlər üçün istifadə edilir. Məsələn, suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir. Bu da təbii ki, israfçılığın qarşısının alınmasında əsas problemlərdən biridir”.

 

DİGƏR XƏBƏRLƏR

Top