
Myanma dövlətinin müşaviri Aunq San Suu Kyi və hakim partiyanın digər yüksək səviyyəli şəxsləri ordunun həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, bu barədə Myanma ordusunun mətbuatında açıqlama verilib. Hazırda ölkəyə Myanma ordusunun baş qərargah rəisi Min Aunq Hlayinqin əlində olduğu bildirilib.
Qeyd edilir ki, Myanma ordusu siyasətçilərin seçki saxtakarlığı səbəbi ilə nəzarətə götürüldüyünü bildirb.