COVİD-19-un yeni ştammı dünyada yayılmaqda davam edir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun rəsmisi Aleksandr Qorelov koronavirusdan sağalanların həmin virusun yeni ştammına yoluxmadığını açıqlayıb.
"Rusiyada koronavirus mutasiyalarının 1500-dən çox kəşf edilib. Ancaq, yeni ştamm COVİD-19-dan sağalanlar üçün hələlik heç bir təhlükə törətmir”.
Rusiyalı mütəxəssisin verdiyi açıqlamaya görə, koronavirusa qarşı peyvəndin immunitetə təsirinin 6-7 ay davam etdiyini və lazım olduğu halda insanların yenidən peyvəndlənə biləcəyini bildirib.