Koronavirus dünyada avtomobil satışlarına necə təsir edib? – RƏQƏMLƏR


Koronavirus pandemiyası səbəbindən dünyanda avtomobil satışları kəskin şəkildə azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Almaniya Avtomobil Sənayesi Birliyi açıqlayıb.
Birlikdən verilən məlumatda qeyd olunur ki, son bir ildə Avropa Birliyinə daxil olan 27 ölkədə yeni qeydiyyata alınan minik avtomobillərinin sayı əvvəlki ilə nisbətən 24% azalıb. Almaniyada avtomobil satışları son bir ildə 19% aşağı düşüb. 2019-cu illə müayisədə 2020-ci ildə Fransada avtomobil satışları təxminən 25%, İtaliyada 28%, İngiltərədə 29%,  İspaniya isə 30%-dən çox azalıb.
Azalma təkcə Avropada deyil, dünyanın digər böyük iqtisadiyyatlarında da qeydə alınıb. Avtomobil satışları son bir ildə ABŞ-da 14,7%, Braziliyada 26,7%, Hindistanda 17,7%, Yaponiyada 11,4%, Rusiyada 9,1%, Çində isə 6,1% aşağı düşüb.

DİGƏR XƏBƏRLƏR

Top