İzmirdə daha bir zəlzələ qeydə alındı - YENİLƏNİB


Bu gün İzmirdə baş vermiş zəlzələdə ardıcıl sarsıntıların sayı 5 olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
İlk zəlzələ İzmirin Qaraburun şəhərində 4,1 bal gücündə qeydə alınıb. Ardıcıl qeydə alınan zəlzələlər 2,9, 5,1, 4,8, 4,7 və 4,2 bal gücündə olub. Saat 11:35-də isə 5,1 bal gücündə zəlzələ meydana gəlib. Dağıntı və tələfat barəsində heç bir məlumat verilməyib.

***11:01
İzmirin Qaraburun şəhərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumat Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən təsdiqənib. İlkin məlumatlara görə, zəlzələdə heç bir tələfat qeydə alınmayıb. Hadisə yerli vaxtla saat 08:46 radələrində baş verib.
Zəlzələ yerin 20,69 kilometr dərinliyində meydana gəlib. Zəlzələnin episentrinin Egey dənizi olduğu bildirilib. Növbəti sarsıntı 4,8 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, sonuncu dəfə İzmirdə dağıdıcı gücə malik olan zəlzələ 30 sentyabrda qeydə alınmışdı. Həmin zəlzələ vaxtı 117 nəfər həyatını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top