Avropanın bir çox yerlərində etiraz aksiyaları başlayıb - VİDEO


Avropa ölkələrində tətbiq edilən karantin rejimlərinə görə etiraz aksiyaları artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyada, Avstriyada, Niderlandda, Belçikada çox sayda insan karantin rejiminə görə küçələrə axışıb. Etirazlar nəticəsində polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Çox sayda etirazçı saxlanılıb. 
Qeyd edək ki, bir müddətdir Avropanın bir çox ölkəsində xüsusilə Niderlandda etirazlar davam edir. Aksiya iştirakçıları sərt karantin rejiminin yumuşadılmasını tələb edirlər. 

DİGƏR XƏBƏRLƏR

Top