Son 20 gündə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 32 milyon manatlıq tenderlərini kim qazanıb?


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki,  tender müsabiqəsinin qalibi “Sevinc-96” MMC olub.
Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulmuş sair torpaq, tikili və avadanlıqların cari təmiri üçün “Sevinc-96” MMC-yə 29 milyon 933 min 995 manat 74 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Sevinc-96” MMC son 20 gündə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən keçirilən daha 9 tender müsabiqəsinin qalibi olub. Nəticədə, Meliorasiya və Su Təsərrüfatı ASC son 20 gündə “Sevinc-96” MMC-ilə  ümumilikdə 32 milyon 138 min 778 manat 3 qəpik dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, “Sevinc-96” MMC 31.07.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 20 manat olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, H.Z. Tağıyev, ev 45, m.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Haxıyev Yusif Camal oğludur.
20 manat nizamanamı kapitalı olmasına baxmayaraq cəmi 20 gün ərzində 32 milyon manatlıq tenderin qalibi olan “Sevinc-96” MMC-nin veb-səhifəsi belə mövcud deyil.

DİGƏR XƏBƏRLƏR

Top