COVID-19-un Cənubi Afrikaya aid edilən növü Yunanıstana da çatıb


Yunanıstanda ilk dəfə 1 nəfərdə COVID-19-un Cənubi Afrikaya aid edilən və mutasiyaya uğramış forması təsbit edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Mülki Müdafiə və Böhran İdarəetmə nazirinin müavini Nikos Hardalias açıqlama verib. Nazir müavini virus aşkarlanan şəxsin Yunan Pravoslav Xristian Kilsəsinin səlahiyyətlisi olduğunu qeyd edib. O narahatlığa səbəb görmədiyini vurğulayaraq səlahiyyətlilərin geniş bir ərazidə molekulyar və sürətli testlərlə geniş araşdırmalar apardığını bildirib.
Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatının (EODY) rəhbəri Panaqiotis Arkoumaneas da öz növbəsində vətəndaşları epidemiyaya qarşı görülən tədbirlərə və mütəxəssislər tərəfindən verilən təlimatlara qarşı diqqətli olmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top