DOST Mərkəzi qazi ailəsinə dəstək göstərəcək - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Qarabağ müharibəsi iştirakçısı Kənan Məmmədovu evində ziyarət ediblər. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beş nəfərdən ibarət ailənin başçısı olan Kənan Məmmədovun  səhhətində yaranmış problemlərlə bağlı onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində mərkəz ona öz dəstəyini göstərəcək. 

Həmçinin qazinin həyat yoldaşının məşğulluğunun təmin edilməsinə kömək göstərilir. 

Ailəyə bildirilib ki, DOST Agentliyi onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərəcək.



DİGƏR XƏBƏRLƏR

Top