Tarif Şurasından daha bir qərar - 50 dərmanın qiyməti...


Xəbər verdiyimiz kimi, bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik (əvvəlki tarif 35 qəpik), digər inzibati ərazi vahidləri üzrə 60 qəpik (əvvəlki tarif 30 qəpik), tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik (əvvəlki tarif 15 qəpik) səviyyəsində təsdiq olunub.
Yeniavaz.com xəbər verir ki, iclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 50 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12442 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top