Anna Hakobyan bu gün gizli şəkildə ABŞ-a gedib - Erməni KİV



Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan bu gün ABŞ-a gedib.

Yeniavaz.com “Mediaport”un yaydığı məlumata istinadən xəbər verir ki, Nikol Paşinyanın arvadı səhər saat 02:50-də “Zvartnots” hava limanından Dohaya uçub. Dohadan isə Los Ancelesə yola düşdüyü bildirilir.

Məlumatda bildirilir ki, Anna Hakobyanın ABŞ-a hansı səbəbdən getdiyi açıqlanmayıb.
Xatırladaq ki, təxminən 20 gün əvvəl Anna Hakobyan Rusiyaya da gizli şəkildə səfər edib. Yayılan məlumatlarda Anna Hakopyanın Moskvanın elit restoranlarında “Köhnə Yeni ili” qeyd etdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top