Sabah Rusiyanın qarışacağı gözlənilir - İkinci "Navalnı dalğası"


Yanvarın 31-i Moskva vaxtilə saat 12:00-da həbsdə olan müxalifət fəalı Aleksey Navalnının çağırışı ilə Rusiyanın bütün şəhərlərində mitinq keçirilməlidir. 

Yeniavaz.com xəbər verir ki, Rusiya Daxil İşlər Nazirliyi isə ciddi təhlükəsizlik tədbirləri ilə bağlı iki gün əvvəldən xəbərdarlıq edib və vətəndaşları icazəsiz aksiyaya qoşulmamağa çağırıb.

Moskvada isə ciddi təhlükəsizlik tədbirləri görülüb:

- Səhər saat 8:00-dan 19:00-dək Kremlə gedən bütün yollar bağlanacaq.
- Mərkəzi meydanlara heç kim buraxılmayacaq. 
- Kreml yaxınlığındakı iaşə obyektləri, ticarət mərkəzləri bağlı qalacaq. 
- Səhər saat 8:00-dan mərkəzi meydanlara yaxın 7 metrostansiyaya da giriş və çıxış bağlanacaq.
- Digər ictimai nəqliyyatın da marşrutu dəyişdirilib. 

23 yanvar aksiyasında iştirak edənlərdən 23 nəfər haqda həbs qərarı çıxarılıb, 3 tələbə isə universitetdən xaric edilib.

Navalnı isə həbsxanadan yazdığı məktubunda Putinin sarayı barədə araşdırma videosuna baxan 100 milyon insanın sadəcə 2 faizinin küçə çıxması ilə Rusiyada dəyişikliyə nail ola biləcəklərini deyib. 

DİGƏR XƏBƏRLƏR

Top