Pelosini öldürmək istədiyini deyən qadınlar həbs edildi


ABŞ-da Konqres binasına hücum edən iki qadın saxlanılıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılan iki qadının Konqres binasına hücum zamanı Nensi Pelosini öldürmək istədiklərini dedikləri məlum olub.
Bildirilib ki, Kapitoli hücumunu araşdıran Federal Təhlükəsizlik Bürosunun əməkdaşları iki qadının “kapitoliyə daxil olub, işimizi gördük. Pelosini başından güllələmək üçün axtardıq ancaq tapmadıq”-dediyini ortaya çıxarıb.
Hazırda həmin şəxslərin saxlanılaraq dindirildiyi qeyd edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top