Gürcüstanda 200-dən çox restoran karantin qaydalarına görə etirazlara başladı


Gürcüstanda 200-dən çox restoran və kafe, ölkədə koronavirusla mübarizə üçün tətbiq olunan məhdudiyyətlərə etirazlarını bildiriblər.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, həmin kafe və restoranlar bir günlüyünə qida çatdırılma xidmətlərini dayandırıblar. Bu barədə Gürcüstan Restoratorlar Birliyinin rəhbəri Şota Burjanadze məlumat verib. O bildirib ki, həm Tbilisdə, həm də bölgələrdə 200-dən çox restoran və kafe gecə yarısından etibarən fəaliyyərini tamamilə dayandırıb:
“Etirazımızla hökumətə ölkənin restoran və kafesiz qalacağı təqdirdə nə olacağını göstərmək istəyirik. Tələbimiz sadədir - bizə tam işləmək, qonaqları salonlarda qəbul etmək və yerləşdirmək imkanı vermək. Fəaliyyətə başlasaq bütün məhdudiyyətlərə əməl edəcəyik".
 

DİGƏR XƏBƏRLƏR

Top