Nazir: “Bunu edən şəxslər məsələyə bir qədər mənəvi tərəfdən baxsınlar”


“Pandemiya şəraitində şagirdə kömək etmək, onun qiymətini bir qədər yuxarı qaldırmaq, onun ümumi gələcək həyatını və rifahını dəyişmir. Bəlkə də qısa müddətdə sistem üzərindən ona böyük bir bal yazıla bilər. Amma istərdim ki, bunu edən şəxslər məsələyə bir qədər mənəvi tərəfdən baxsınlar ki, bu özünü aldatmaqdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, qiymətləndirmənin dürüst olması pedoqoji fəaliyyətin və valideyinlər üçün təhsilin ən vacib prinsiplərindən biridir: 
“Valideyn, müəllim və şagird üçbucağında dürüstlük çox vacib, prinsipial amildir və inanıram ki, bunu hamı başa düşür”.

DİGƏR XƏBƏRLƏR

Top