Hansı halda bütün sinif dərsə gələ bilər? – Nazir AÇIQLADI


“Bakı, Sumqayıt, Abşeron istisna olmaqla əgər məktəbdə şagirdlər arasında 1,5 metr məsafə təmin olunursa, bu halda bütün sinif dərsə gələ bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” profilində cavablandırarkən deyib. O bildirib ki, bu qərarı məktəb rəhbəri verəcək:
“Bu adətən kiçik siniflərdə baş verir, amma bütün kiçik siniflərdə baş vermir. Çünki bir çox hallarda sinifdə şagird sayı az olsa da, sinfin həcmi də kiçik olur. Bu halda həmin o 1,5 metr məsafəni təmin etmək olmur. Hər bir halda məktəb rəhbərinin verdiyi bir qərar olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top