Universitetlərin əyani təhsilə keçirilməsi və bağçaların açılması şəxsi istəyə bağlı deyil - Nazir


“Başqa bir sual isə bundan ibarətdir ki, tez-tez yazılır, “xahiş edirik, ali təhsil müəssisələrində də əyani təhsilə keçin, bağçaları açın”, - deyə. Mən istərdim bunu bir daha vurğulayım ki, bu, istək məsələsi deyil, daha çox mümkünlük məsələsidir. Yəni bu, şəxsi istəyə bağlı məsələ deyi”l. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” profilində cavablandırarkən deyib. O bildirib ki, bu pandemiyanın dinamikasından asılıdır:
“Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi və bağçaların açılması tədricən müzakirə ediləcək. Bu yoluxmanın sayından asılıdır. Bu proses bir qədər zaman apara bilər, lakin inanırıq ki, yaxın zamanda həll olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top