Övladını məktəbə buraxmaq istəməyən valideyn hara müraciət etməlidir? – Nazir AÇIQLADI


"Suallardan biri bu idi ki, övladını məktəbə buraxmaq istəməyən valideyn hara müraciət etməlidir? Belə valideynlər məktəbə müraciət edə bilərlər. Bu halda onlar iltizam yazmalıdırlar ki, biz bunun valideynin seçimi olduğunu bilək".

Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” profilində cavablandırarkən deyib. O bildirib ki, pandemiyanın dinamikasından asılı olaraq fevral ayının 15-dən sonra əyani təhsillə bağlı qərar veriləcək:
“Növbəti həftədəki dinamikadan asılı olaraq biz çalışacağıq ki, qısa zaman ərzində, yəni fevral ayının 15-ə qədər məktəbləri ənənəvi təhsilə biraz da olsa qaytaraq. Bir qisim valideynlər bu cür açılışın əleyhinədir. Əsasən valideyinlərin məktəblərin açılmasına müsbət reaksiya verdiklərini görürük. Təbii ki şagirdlərin məktəbdə əyani dərsdə iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir”.

DİGƏR XƏBƏRLƏR

Top