ABŞ Rusiyaya qarşı sanksiyaları azaltmaqdan imtina etdi


ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan  Krımla əlaqədar Moskvaya qarşı sanksiyaların azaldılmasından imtina edildyini bildirib.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, Con Sullivan  ABŞ-ın Ukrayna və Krım ətrafındakı vəziyyətlə əlaqədar tətbiq olunan sanksiyaları zəiflətmək niyyətində olmadığını bildirib:
“Ukraynadakı hadisələrlə əlaqəli problemin ABŞ rəhbərliyi üçün prioritet olaraq qalır”.
Qeyd edək ki, ABŞ Rusiyaya Krım məsələsinə görə, uzun müddətdir sanksiyalar tətbiq edir. ABŞ-da yeni prezidentin seçilməsindən sonra hər iki ölkə arasındakı münasibətlərin hansı şəkildə davam edəcəyi isə hələlik bilinmir.

DİGƏR XƏBƏRLƏR

Top