Xəstəxanalarda uşaqlar üçün çarpayıların hazırlanması iddialarına TƏBİB-dən AÇIQLAMA


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və məktəbli valideynlər arasında uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilir. İddialara görə, COVID-19 xəstəxanalarında uşaqlar üçün öncədən çarpayılar hazır vəziyyətə gətirilib. Valideynlər bununla bağlı narahatlıq keçirdiklərini ifadə edirlər.
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında yayılan söhbətlərin həqiqəti əks etdirmədiyini bildirdi.

DİGƏR XƏBƏRLƏR

Top