Gelencikdəki sarayın sahibi barədə yeni məlumat – Mətbuat konfransına hazırlaşır


“Rossiya 1” telekanalının jurnalisti Aleksandr Roqatkin Qara dəniz sahillərində yerləşən məşhur sarayın sahibi barədə yeni açıqlama verib. 
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Roqatkin sarayın sahibi barədə məlumatları həmin binanı qoruyan xüsusi təhlükəsizlik xidmətinin işçilərindən aldığını deyib. O bildirib ki, saray Gelencikdəki nəqliyyat şirkətlərindən birinə aiddir. Jurnalistlə söhbət edən mühafizə xidmətinin əməkdaşı 10 ildən çoxdur həmin sarayda çalışdığını bir dəfə də Rusiya prezidenti Vladimir Putini görmədiyini söyləyib.
Qeyd edək ki, Aleksandr Roqatkin sarayın sahibinin bu yaxınlarda mətbuat konfransı  keçirəcəyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top