İngiltərədə türk bərbərxanalara hücum edilib


İngiltərənin Sanderlend şəhərində türklərə məxsus bərbərxanalarına təhdidedici hücum təşkil edilib. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İngiltərə polisi məlumat verib. Sözügedən bərbərxanaların üzərinə ingilis dilində bu qeydlər yazılıb:
"Dükanınızı tərk edin, siz insanlar üçün problemsiniz”. 
Bərbərxanalardan birinin sahibi yaranmış vəziyyətdən narahatlığını bildirərək daha əvvəl də belə bir şey olduğunu, bu səbəbdən evdən çıxmaq istəmədiyini qeyd edib. Bununla bərabər o vurğulayıb ki, qonşuları və müştəriləri bu məsələdə onların tərəfindədir.

DİGƏR XƏBƏRLƏR

Top