Tibb işçilərinin əməkhaqlarına əlavələrin müddəti bu tarixədək uzadıldı


Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, Baş nazir bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top