Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sərt açıqlamalar verən erməni "deputat" Vahan Badasyan həbs olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Vahan Badasyanın cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilib.
Qeyd edək ki, Vahan Badasyan dünən qəbristanlıqda jurnalistlərə verdiyi açıqlamasında, “Paşinyan tutdu vəzifədən azad olunmalı, ya da fiziki cəhətdən məhv edilməlidir”-deyə bildirmişdi.