Azərbaycanda peyvəndlənənlər arasında allergiya olanlar var


Yanvarın 18-dən Azərbaycanda COVID-19 əleyhinə peyvəndləməyə start veriləndən Klinik Tibbi Mərkəzə allergik reaksiya ilə müraciət edənlərin sayı artıb.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib.

A.Maqsudov deyib ki, müraciətlər Klinik TibbiMərkəzin əməkdaşları tərəfindən deyil, digər poliklinikalarda peyvənd olunanlardan daxil olur:

“Peyvəndlə bağlı müraciət edənlər arasında gərgin reaksiya olmasa da, allergiya müşahidə edilənlər var. Onlar tibb işçiləridir, məsləhət verilir və evə buraxılırlar”.

Baş toksikoloq özünün də COVID-19 peyvəndi olunduğunu deyib:

“Şükür ki, tam normalam, narahatlıq yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına əsasən, ilkin mərhələdə səhiyyə işçilərinin-həkim, orta və kiçik tibb heyəti, texniki heyətin peyvəndlənməsinə başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top