Bakının avtomagistrallarında sürət həddi endirilib


Yağışlı hava şəraiti ilə əlaqədar Bakının Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - qurum bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top