Almaniyanın keçmiş baş naziri: "Almaniyanın Türkiyə və Rusiya kimi ortaqlara ehtiyacı var"


Almaniyada Sosial Demokrat Partiyasının üzvi (SPD) keçmiş baş nazir Şröder Reyniş Almaniyanın Avropanın gücünü tapmaq üçün Türkiyə və Rusiya kimi ortaqlara ehtiyacı olduğunu deyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikri keçmiş baş nazir "Post" qəzetinə müsahibəsi vaxtı bildirib. Reyniş Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına xüsusi diqqət çəkib.
Müsahibə vaxtı "Türkiyə Avropadan uzaqlaşır" fikrinə isə "xeyr, hələ deyil" deyə cavab verib.
Keçmiş baş nazir Türkiyənin Avropa İttifaqına girməsi məsələsinə də toxunub:
"1963-cü ildə Türkiyəyə uzun müddət ərzində Aİ-na qoşulma vədi verildi. Mənim baş nazir olduğum vaxtlarda hər iki tərəf də çox ciddi səy göstərirdi".
Şröder, Alman Xristian Birliyi partiyaları tərəfindən (CDU-CSU), Türkiyənin Aİ-na üzvlüyə daxil olması üçün imtiyazlı ortaqlıq təklifinə toxunaraq bildirib ki, bu təklif Türkiyəni ittifaqdan kənarda saxlamaq deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top