FHN əməkdaşları intiharın qarşısını alıblar


Şamaxıda intihara cəhdin qarşısı alınıb.

Yeniavaz.com FHN-in saytına istinadən xəbər verir ki, Şamaxı rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top