Goranboyda mikroavtobus yük maşınına çırpılıb - ölən və yaralanan var


Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top