Şəhid atası: “Hərbi xidmətə gedəndə elə bil qanad açıb uçurdu...” - VİDEO


O, ötən ilin sentyabrın 21-dən hərbi təlimlərə cəlb edilib. Sentyabrın 27-dən başlayaraq isə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib və elə Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Döyüşlər zamanı göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən iki medalla təltif olunub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, söhbət Vətən müharibəsi şəhidi Alı Həsənlidən gedir.
A.Həsənli 2017-ci ildə hərbi xidmətini başa vurub və 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi işə başlayıb.
O, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə rəşadət göstərib və oktyabrın 20-də şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə A.Həsənli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
“Hərbi xidmətə gedəndə elə bil qanad açıb uçurdu, gülə-gülə gedirdi”, - şəhidin atası Nofəl Həsənov deyir.

DİGƏR XƏBƏRLƏR

Top