Hulusi Akar Zəkir Həsənovla Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıb


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, müdafiə nazirləri Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: "Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq".

DİGƏR XƏBƏRLƏR

Top