Pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən subsidiyanın məbləği AÇIQLANDI


2020-ci ildən tətbiq edilən mexanizmə uyğun olaraq, Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixinədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Artıq bu mexanizm çərçivəsində kredit qalığı 483 milyon manat 1992 müraciət üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib və bunlardan 1365-i üzrə 20 milyon manat subsidiya ödənişi həyata keçirilib.
Mexanizmin icrası üzrə işlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top