Rumıniyanın paytaxtı Buxarestdə koronavirus xəstələrinin müalicə aldığı bir xəstəxanada yanğın baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yanğın vaxtı 120 nəfər xəstəxanadan təxliyyə edilib, 4 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Rumıniya Daxili İşlər nazirinin müavini Raed Arafat verib.