Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 19-da ictimaiyyətə açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top