Jurnalistlər “Putinin sarayı”na daxil oldu – YENİ VİDEO


"Maş TV"nin əməkdaşları Rusiya prezidenti Vladimir Putinə aid olduğu iddia edilən saraya gediblər.
Yeniavaz.com
xəbər verir ki, jurnalistlər Gelencikdəki sarayın yerləşdiyi əraziyə gedib. Sarayın işçilərindən biri, çəkilişlərin bir saatdan çox çəkməməsi şərti ilə jurnalistləri saraya buraxıb. İçəri daxil olan media işçiləri binada təmir-tikinti işlərinin davam etdiyinin şahidi olublar. Yayımlanan görüntülərdə yalnız binanın fasadında təmir işlərinin tamamlandığı göstərilir. Otaqların daxilində isə tikinti işlərinin davam etdiyi bildirilib. Sarayda çalışan ustalar layihənin 5-6 ilə başa çatdırılacağını bildirib.  
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı bir neçə gün əvvəl Putinə aid olduğunu iddia edərək Qara dəniz sahillərində yerləşən böyük saray görüntülərini yayımlamışdı. Rusiya prezidenti isə nə qohumlarının nə də özünün elə bir sarayının olmadığını bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top