Vilayət Eyvazov polis bölməsinin rəisini vəzifədən azad etdi


Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, “Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top