Vaxtilə Azərbaycana məxsus olan Mehri vağzalından FOTOLAR - Satılan son biletlərdən biri…


Xəbər verdiyimiz kimi, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupunun sabah ilk iclasının keçiriləcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, işçi qrupu yanvar ayının 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan birgə bəyanata əsasən yaradılıb.
Bildirilir ki, işçi qrupu ilk iclasında 10 dekabr tarixli birgə bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək. Müzakirə olunacaq əsas məsələ Ermənistanın Mehri rayonu ərazisində keçərək Azərbaycanın Zəngilan və Ordubad rayonlarını birləşdirəcək dəmir yolu xəttinin bərpası olacaq.
Məlumat üçün bildirək ki, Mehri rayonu ərazisində keçən 43 kilometr uzunluğundakı dəmir yolu xətti ötən əsrin 30-cu illərində tikilib. SSSRİ-ni süqutundan və Ermənistanın Azərbaycana hərbi təcavüzündən sonra dəmir yolunun fəaliyyəti dayandırılıb. Dəmir yolu fəaliyyətini dayandırdıqdan sonra Ermənistan həm Mehri rayonu ərazisndən, həm də işğal etdikləri Zəngilan və Cəbrayil rayonları ərazisindən keçən dəmir yolu xəttlərini və digər infrastrukturu dağıdıb. 
Onu da qeyd edək ki, Ermənistanın Mehri rayonu ərazisindən keçən dəmir yolu xətti və bu xətlə bağlı olan digər infrastruktur, o cümlədən də vağzallar Azərbaycan Dəmir Yollarının mülkiyyətində olub.
Azərbaycanın vəsaiti hesabına inşa olunan və Mehri rayonu ərazisindən keçən dəmir yolu, həmçinin Mehri dəmir yolu vağzalı Ermənistan tərəfindən dağıdılıb.
Hazırda tamamilə baxımsız vəziyyətdə olan Mehri dəmir yolu vağzalının görüntülərini, həmçinin üzərində Azərbaycan Dəmir Yollarına məxsus olduğu yazılan və 5 dekabr 1990-cı il tarixində satılan biletin fotosunu təqdim edirik:




DİGƏR XƏBƏRLƏR

Top