Fransadakı iki ayrı idarəyə hücum edildi - ölənlər var


Fransada silahlı şəxs 2 nəfərin ölümünə səbəb olub.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Valens şəhərinin respublika prokuroru Aleks Perrin məlumat verib. Onun sözlərinə görə silahlı şəxs ilk olaraq Valens şəhərindəki  “Pole Emploi” iş axtarma agentliyinin binasına, daha sonra isə Qileran-Qranj şəhərində yerləşən, 10 il əvvəl özünün işlədiyi “Fau Environnement” şirkətinə hücum edib. İş axtarma agentliyinin öldürülən əməkdaşının 53, digər şəxsin isə 51 yaşı olduğu bildirilib.
Perrin həbs olunan şübhəlinin mühəndis və işsiz olduğunu açıqlayıb. İstintaqı Valens polisinin rayon xidməti tərəfindən aparıldığı deyilib.
Fransanın baş naziri Jan Kasteks sosial şəbəkədə bununla bağlı paylaşım edərək hadisənin ölkəni yasa boğduğunu deyib və həlak olanların ailələrinə dəstəyini çatdırıb.
Qeyd edək ki, hadisəni törədən şəxs barəsində ictimaiyyətə məlumat verilməyib. Eyni zamanda hadisənin hansı səbəbdən töədilməsi də bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top