Plan yerlərinin sayı artırılacaq?


"Plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra təqdim olunur və biz də yerinə yetiririk". 
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
DİM sədri qeyd edib ki, 2019-cu ildə 41 min 693 nəfər ali məktəbə qəbul olub: “Həmin ilin plan yerləri təxminən 87 faiz dolub. Qəbul olanların 7 faizi subbakalavrlar olub. 2020-ci ildə isə plan yerləri artırılmış və 41 min 748 nəfər ali məktəblərə qəbul olub. Faiz nöqteyi nəzərindən isə 86 faiz plan yerləri dolub. Amma qəbul olanların 10 faizini subbakalavrlar təşkil edib. Rəqəmləri müqayisə etsək görərik ki, 2019-cu ildə 3515 subbakalavr ali məktəbə qəbul olunubsa, 2020-ci ildə 5179 subbakalavr qəbul olub. İldən-ilə keçdikcə, biz görəcəyik ki, subbakalavrların ali məktəbə qəbul faizləri artacaq. Çünki onların sayı artır”.

DİGƏR XƏBƏRLƏR

Top