Qazaxıstan yeni əlifbanı təqdim etdi


Qazaxıstan kiril əlifbasından latın əlifbasına keçən 31 hərfdən ibarət yeni əlifbasını təqdim edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni latın əlifbası baş nazir Əsgər Meminin sədrliyi ilə keçirilən Milli Komissiya iclasında təqdim edilib.
Layihə Qazaxıstanın qurucusu, prezident Nursultan Nazarbayevin 2017-ci ildə ölkə daxilində istifadə olunan kiril əlifbasından latın əlifbasına keçmək üçün göstərişindən sonra reallaşdırılıb.
Ölkənin gerbindən tutmuş dərsliklərinə qədər hər sahədə yeni əlifbanı tətbiq edəcək Qazaxıstanda rəsmi proseslərin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.
Qeyd edək ki, 1929-1940-cı illərdə Qazaxıstanda latın əlifbasından istifadə edilib. Lakin sonradan Sovet İttifaqının totalitar quruluşuna görə kiril əlifbasına keçilib.

DİGƏR XƏBƏRLƏR

Top