DİM sədri: "Sualların çətinlik dərəcəsi aşağı siniflərdə tədris olunan səviyyədə olacaq"


"2020-ci ilin imtahan nəticələri ilə 2019-cu ilin imtahan nəticələrini təhlil edəndə gördük ki, nəticələr demək olar ki, eynidir. Bununla bağlı biz Təhsil Nazirliyi ilə də müzakirələr aparmışıq və çətin mövzular, şagirdlərin çətinlik çəkdiyi tapşırıqların sayının azaldılmasını nəzərdə tutmuşuq". 
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.
DİM sədri bildirib ki, ola bilsin 9-cu siniflərin imtahanında qapalı suallar daha çox olsun: “Biz bunu öncədən elan edirik və bu istiqamətdə işlər həmişə biliyin adekvat qiymətləndirməsini nəzərdə tutmaqla həyata keçiririk. Keçən ilki təcrübə bu ilki imtahanlarda nəzərə alınacaq. 11-ci siniflərin imtahanlarında sualların çətinlik dərəcəsi aşağı siniflərdə tədris olunan səviyyədə olacaq”. 

DİGƏR XƏBƏRLƏR

Top