Ermənistanda etirazçılar hökumət binasına girməyə çalışır - VİDEO


Saxlanılan ermənilər İrəvanın mərkəzindəki dövlət binasını ələ keçirməkdə günahlandırılır.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yüzlərlə insan İrəvanın mərkəzinə toplaşaraq Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Daha sonra etirazçılar hökumət binasına girməyə çalışsalar da, buna nail ola bilməyiblər. Ermənistan polisi binanın bütün girişlərini bağlayıb. Hökumətinin binasını ələ keçirməyə cəhd edənlərdən 5-i saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top