Nazirlik Badamdardakı sürüşmənin səbəbini açıqlayıb


“Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb”.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.
O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib: “Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

DİGƏR XƏBƏRLƏR

Top