Ötən il 460 milyon manat əmanət banklardan geri götürülüb


Ötən ayının əvvəlinə olan məlumata görə banklarda 8 milyard 177 milyon 887 min manat əmanət olub.
Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan sonuncu göstəricilərə istinadən apardığı hesablamaya görə, banklardakı əmanətlərin həcmi ilin əvvəlindən ötən dövr ərzində 460 milyon 29 min manat azalıb.
Azalma ən çox xarici valyutada qoyulan əmanətlər üzrə qoyulub. Belə ki, xarici valyutada qoyulan əmanətlərin həcmi 354 milyon 410 min manat azalaraq 4 milyard 150 milyon 773 min manat olub. Manatla qoyulan əmanətlərin həcmi isə 105 milyon 620 min manat azalaraq 4 milyard 27 milyon 113 min manata düşüb.
Qeyd edək ki, manatla yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi son bir ildə 6,1%-dən 4,8%-ə, xarici valyutada yerləşdirilən əmanətlər isə 1,7%-də 1,38-ə enib.

DİGƏR XƏBƏRLƏR

Top