ABŞ ordusunun Əfqanıstandan çıxarılması məsələsinə yenidən baxılacaq


ABŞ Müdafiə Nazirliyi qoşunlarının Əfqanıstandan çıxarılması qərarının yenidən nəzərdən keçirilməsinə icazə verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə rəis müavini Con Körbi məlumat verib. 
"Əfqanıstanda təxminən 2500 ABŞ əsgəri var. Ordumuzun orada varlığının gələcəkdə necə olacağına dair heç bir qərar verilməyib. Müəyyən nəticələri əvvəlcədən proqnozlaşdırmaq istəmirəm. Ancaq qərarları ayıq və rasional bir şəkildə verəcəyik".
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp ABŞ ordusunun bir çox ölkədən o cümlədən, Əfqanıstandan çıxarılması barədə göstəriş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top