Əfsanəvi aktyor koronavirusdan vəfat edib


SSRİ Xalq artisti Vasily Lanovoy 88 yaşında vəfat edib. 

Yeniavaz.com xəbər verir ki, aktyor və həyat yoldaşı Irina Kupçenko yanvarın əvvəlində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdilər. 

Ötən gün Lanovoyun vəziyyətinin pisləşdiyini və reanimasiyaya köçürülmüşdü.

V.Lanovoy 16 yanvar 1934-cü ildə anadan olub. 18 yaşında Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, lakin təhsilini davam etdirməyib. 

O, 1957-ci ildən etibarən Yevgeni Vaxtanqov Teatrının truppasında çalışıb

Əfsanəvi aktyor "Qırmızı Yelkənlər" (1961), "Həmkarlar" (1962), "Göy gurultusuna gedirəm" (1965), "Anna Karenina" (1967), "Baharın 17 anı" (1973) və s. filmlərdə oynadığı rollarla məşhurdur.

 

DİGƏR XƏBƏRLƏR

Top