FHN sürüşümə ilə bağlı məlumat yaydı: "Yaşayış evlərinə ziyan dəyməyib"


Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən sürüşmə ilə bağlı məlumat yayıb.

FHN-dən Yeniavaz.com-a daxil olan məlumatda bildilir ki, bu gün saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. 

Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. 

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top