Şuşada avtomobil qəzasında yaralanan hərbçimiz vəfat etdi


Yanvarın 15-də Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi - Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda  həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, Müdafiə Nazirliyindən faktı APA-ya təsdiq ediblər.
Qeyd edək ki, yanvar ayının 12-də baş verən qəza zamanı daha bir hərbçimiz həlak olmuşdur.

DİGƏR XƏBƏRLƏR

Top